Bank Of Baku

NATO Baş katibi: «Liviyaya qarşı silah tətbiq olunması barədə danışmaq hələ tezdir»

NATO Baş katibi: «Liviyaya qarşı silah tətbiq olunması barədə danışmaq hələ tezdir»
# 28 fevral 2011 20:40 (UTC +04:00)
Bakı-APA. Liviyaya qarşı silah tətbiq olunması barədə danışmaq hələ tezdir. NATO baş katibi Anders Foq Rasmussenin bəyanatında belə deyilir.

«Liviya diktatoru öz xalqına qarşı repressiya həyata keçirir. Lakin bu mərhələdə mən Liviyaya qarşı fəal hərəkətlərdən danışmazdım», deyə o bildirib.

Baş katib qeyd edib ki, istənilən hərəkətlər BMT Təhlükəsizlik Şurasının Liviyaya dair qətnaməsinə əsaslanmalıdır. «Liviyaya dair qətnamədə ölkəyə qarşı hərbi qüvvədən istifadə olunması və ya ölkənin hava məkanının bağlanması təklifi olunmur», deyə o vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR