Bank Of Baku

Nobel sülh mükafatına rekord sayda namizəd var

Nobel sülh mükafatına rekord sayda namizəd var
# 01 mart 2011 10:59 (UTC +04:00)
Bakı - APA. 2011-ci ildə Nobel sülh mükafatına rekord sayda namizəd var. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Norveç Nobel Komitəsi siyahıda 241 namizədin olduğunu, onlardan 53-nün beynəlxalq və ictimai təşkilat olduğunu açıqlayıb.

Namizədlərin irəli sürülməsi və sənədlərin təqdim olunması prosesi fevralın 1-də başa çatıb. Laureat və ya laureatların seçilməsi üçün səsvermə oktyabrın əvvəllərində keçiriləcək və nəticələr dərhal elan olunacaq.

Xatırladaq ki, 2010-cu ildə Nobel sülh mükafatı çinli hüquq müdafiəçisi Lyu Syaoboya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR