Bank Of Baku

Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan yüz minlərlə insanın iştirakı ilə dəfn edilib – FOTOSESSİYA

Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan yüz minlərlə insanın iştirakı ilə dəfn edilib – <font color=red>FOTOSESSİYA </font>
# 01 mart 2011 15:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, N. Ərbakanın cənazəsi bu gün səhər Ankaradan İstanbula - Fateh Camesine aparılıb. Fateh Camesində cənazə namazı qılınıb. Namazda prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, nazirlər, millət vəkilləri, siyasi partiyaların liderləri və təmsilçiləri, ordu zabitləri, xarici qonaqlar, eləcə də on minlərlə vətəndaş iştirak edib. Cənazə namazını Türkiyə Nazirlər Kabinetinin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz qıldırıb.

Namazdan sonra cənazə dəfn edilmək üçün məsciddən 5 km uzaqlıqda yerləşən Mərkəz Əfəndi Məzarlığına aparılıb. Yol boyu mərasimə qatılan insanların sayı artıb. Bu səbəblə 5 kilometrlik yol 2,5 saata qət edilib. N. Ərbakan 2005-ci ildə vəfat etmiş həyat yoldaşı Nərmin Ərbakanın yanında dəfn olunub.

Qeyd: Fotolar “Milliyet” qəzetinin saytından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR