Bank Of Baku

Türkiyəli jurnalistlər həmkarlarının həbsinə etiraz olaraq yürüş-mitinq keçiriblər – FOTO

Türkiyəli jurnalistlər həmkarlarının həbsinə etiraz olaraq yürüş-mitinq keçiriblər – <font color=red>FOTO</font>
# 04 mart 2011 15:50 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, “Jurnalistlərə Azadlıq” Platformasının təşəbbüsü ilə keçirilən nümayişə aralarında Beynəlxalq Mətbuat İnstitutu, Türkiyə Mətbuat Şurası, Türkiyə Jurnalistlər Cəmiyyəti, Jurnalistlərin Həmkarlar İttifaqı, Parlament Müxbirləri də olmaqla 85 jurnalist təşkilatı dəstək verib.

Taksim meydanında toplaşan nümayişçilər İstiqlal prospektindən Qalatasaray liseyinin qabağına irəliləyərkən söz azadlığı ilə bağlı müxtəlif şüarlar səsləndirilib. Liseyin qarşısında nümayiş iştirakçılarına müraciət edən Jurnalistlərə Azadlıq Platformasının dönəm başqanı, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Ərcan İpəkçi aksiyanın bəyanatını səsləndirib.

Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Ərcan İpəkçi APA-ya açıqlamasında türk cümhuriyyətlərindəki jurnalistləri həmrəyliyə çağırıb. O, ölkəsində mətbuat və ifadə azadlığı sahəsində problemlər olduğunu bildirib.

Türkiyə Mətbuat Şurasının sədri Orhan Birgit isə mediaya təzyiqin dayandırılmasını tələb edib. Birgit deyib ki, media ilə bağlı gərginlik artdıqca Türkiyə cəmiyyətindəki gərginlik də artır: “Burada siyasi iqtidarın lazımi addımlar atmasına ehtiyac var. Əcnəbi media buradakı həqiqətləri görür və dünyaya yayır. İndi bizim keçirdiyimiz nümayişin xəbəri dünyanın bir çox ölkəsinə yayılacaq”.

Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Orhan Erinç Türkiyədə hazırda 61 jurnalistin müxtəlif maddələrlə ittiham olunaraq həbs edildiyini nəzərə çatdırıb: “Əgər Türkiyə demokratik ölkədirsə, ölkəni idarə edənlərin bu barədə ciddi düşünməsi lazımdır. Əks-təqdirdə Konstitusiyamızda yazılan “Türkiyə demokratik hüquq dövlətidir” sözlərinin heç bir mənası qalmaz. Hamı “Sabah mənim taleyim necə olacaq?” sualının narahatlığı ilə yaşayarsa, bu, ölkəmizin gələcəyini təhlükə altında qoyar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR