Bank Of Baku

Xorvatiyada etiraz aksiyasının 5 üzvü saxlanılıb

Xorvatiyada etiraz aksiyasının 5 üzvü saxlanılıb
# 05 mart 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş hökumət əleyhinə nümayiş zamanı ən azı 5 nəfər saxlanılıb. Nümayişdə 10 minə yaxın insan iştirak edib.

Hökumət əleyhinə aksiya Facebook sosial şəbəkəsi vasitəsilə təşkil olunub. Nümayişçilər hökumətin istefasını tələb ediblər. Onlar hökumət üzvlərini və hakim «Xorvat demokratik birliyi»nin (XDB) nümayəndələrini korrupsiyada və Avropa İttifaqına girmək naminə ölkənin maraqlarını satmaqda günahlandırıblar. İqtidar partiyasının qərargahı qarşısında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 5 nəfər saxlanılıb.

Nümayişçilər həmçinin təsadüfən qarşılaşdıqları hökumətin mətbuat katibi Mladen Paviçin sifətinə də tüpürüblər. Paviç bu insidentə görə heç kimi qınamadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR