Bank Of Baku

ABŞ müttəfiqləri ilə Liviyadakı vəziyyətə müdaxilə üsullarını müzakirə edir

ABŞ müttəfiqləri ilə Liviyadakı vəziyyətə müdaxilə üsullarını müzakirə edir
# 05 mart 2011 04:54 (UTC +04:00)
Bakı-APA. ABŞ müttəfiqləri, o cümlədən NATO ilə Liviyadakı vəziyyətə müdaxilə etmək imkanlarını müzakirə edir. Bu barədə dövlət departamentinin rəsmi nümayəndəsi Filip Krouli məlumat verib.

"Biz əvvəlki kimi diqqətlə Liviyadakı vəziyyəti izləyirik və bizə məlumdur ki, Qəzzafi tərəfdarları və müxalifət arasında qarşıdurma davam edir. ABŞ beynəlxalq ictimaiyyətin Liviyadakı vəziyyətə təsir göstərmək üsullarını dəyərləndirir. Son nəticədə ABŞ prezidentinə mümkün variantların bütöv spektri təqdim olunacaq ", deyə Krouli brifinqdə bildirib.

O xatırladıb ki, ABŞ Liviyadan öz vətəndaşlarını və üçüncü ölkələrin vətəndaşlarını təxliyə etməkdə davam edir. Qaçqınlara kömək etmək üçün 2 ABŞ nəqliyyat təyyarəsi dünən Tunisə gəlib.

"Biz əvvəlki kimi NATO da daxil olmaqla müttəfiqlərimizlə bütün mümkün hərəkətləri müzakirə edirik. Lakin təkrar edirəm ki, polkovnik Qəzzafi üçün ən yaxşı variant öz xalqına hücum etməyi dayandıraraq getməkdir", deyə Krouli qeyd edib.

Onun sözlərinə görə, variantlar arasında Liviya ilə hava nəqliyyatının kəsilməsi və onun hava blokadasına alınması müzakirə olunur. Lakin bu ölkənin üzərində uçuşların dayandırılması barədə qərar hələlik qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR