Bank Of Baku

Sorğu: Fransada Milli Cəbhənin lideri Marin Lö-Penin nüfuzu artır

Sorğu: Fransada Milli Cəbhənin lideri Marin Lö-Penin nüfuzu artır
# 05 mart 2011 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. «Parisien» qəzetinin sifarişi ilə «Harris İnteractive» şirkəti Fransada keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə sosial sorğu keçirib.

APA-nın «Frans-Press» agentliyinə istinadən verdiyi məlumata görə, sorğunun nəticəsində məlum olub ki, əgər prezident seçkiləri bu bazar günü keçirilsə idi, Fransa Milli Cəbhəsinin lideri Marin Lö-Penin uğur qazanmaq ehtimalı daha yüksəkdir.

Sorğunun nəticələri ilə bağlı açıqlanan məlumatda bildirilib ki, respondentlərin 23%-i məhz Marin Lö-Penə səs verməyə hazırdır. Hazırkı prezident Nikola Sarkozi və iqtidarda olan Sosialist Partiyasının birinci katibi Martin Obri hər biri 21% səs toplayıblar.

Qeyd edək ki, Fransada növbəti prezident seçkilərinin 2012-ci ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR