Bank Of Baku

Italiyanın baş naziri yalnız bazar ertəsi günləri məhkəmə qarşısına çıxa biləcək

Italiyanın baş naziri yalnız bazar ertəsi günləri məhkəmə qarşısına çıxa biləcək
# 06 mart 2011 02:31 (UTC +04:00)
Bakı-APA. İtaliyanın baş naziri Silvio Berluskoni məhkəmə qarşısına yalnız bazar ertəsi günləri çıxa biləcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Berluskoninin vəkili Nikkolo Cedini bildirib. O deyib ki, Berluskoni özünü müdafiə etməyə hazırdır. Berluskoni gənc qızla seks qalmaqalında və vəzifəsindən sui-istifadə etmək ittihamı ilə istintaq altındadır. 74 yaşlı Silvio Berluskoni “Ruby” ləqəbli gecə klubu rəqqasəsi ilə keçən il əlaqədə olub. Baş nazir oğurluq ittihamı ilə nəzarət altına alınan, əsl adı Kərimə El Mahruq olan qızın azad edilməsinə müdaxilə etməkdə də günahlandırılır. Berluskoninin məhkəmə prosesi gələn ay başlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR