Bank Of Baku

Estoniya parlamentinə seçkilərdə İslahatlar Partiyası qalib gəlib

Estoniya parlamentinə seçkilərdə İslahatlar Partiyası qalib gəlib
# 07 mart 2011 07:15 (UTC +04:00)
Bakı-APA. Estoniya baş nazirinin rəhbərlik etdiyi İslahatlar Partiyası parlament seçkilərində qalib gəlib. APA-nın məlumatına görə, baş nazir Andrus Ansipin sədri olduğu partiya səsvermədə iştirak edən seçicilərin 28,6 faizinin səsini toplayıb. İkinci yeri 23,2 faiz səs toplayan Mərkəzçi Partiya tutub. Tallin meri Edqar Savisaarın rəhbərlik etdiyi partiya parlamentdə 26 mandata sahib olacaq.

Hakim koalisiyaya daxil olan İRL partiyası 20,6, müxalifətdə olan Sosial-Demokrat Partiyası isə 17,1 faiz səs toplayıb. Beş faizlik baryeri yalnız bu partiyalar keçə biliblər.

Seçkilərdə 573,300 nəfər, yaxud seçicilərin 62,9 faizi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR