Bank Of Baku

Brüsseldə Serbiya və Kosovo arasında danışıqlar başlayır

Brüsseldə Serbiya və Kosovo arasında danışıqlar başlayır
# 08 mart 2011 03:52 (UTC +04:00)
Bakı-APA. Bu gün Brüsseldə Serbiya və 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovo arasında danışıqlar başlayacaq. Danışıqlarda məqsəd bölgə vətəndaşlarının gündəlik problemlərinin həll olunması və regionun Avropa İttifaqı ilə yaxınlaşmasıdır.

2007-ci ildən sonra Belqrad və Priştinanın nümayəndələri ilk dəfədir ki, üz-üzə gələcəklər. Danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə keçirilir.

Danışıqlarda serb nümayəndə heyətinə Serbiya XİN siyasi direktoru Borislav Stefanoviç, kosovolulara baş nazirin müavini Edita Tahiri başçılıq edəcək. Avropa İttifaqını xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Ketrin Eştonun xüsusi nümayəndəsi Robert Kuper təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR