Bank Of Baku

Cohar Dudayevin oğlu saxta pasportla yaxalanıb

Cohar Dudayevin oğlu saxta pasportla yaxalanıb
# 09 mart 2011 08:33 (UTC +04:00)
Bakı – APA. Tanınmamış Çeçenistan-İçkeriya Respublikasının ilk prezidenti Cohar Dudayevin oğul Degi martın 2-də Litvada həbs edilib. APA-nın “DELFİ” agentliyinə istinadən verdiyi məlumata görə, 27 yaşlı D. Dudayev Vilnüs-Klaypeda yolunda saxlanılıb. Onun üzərində 7 saxta pasport tapılıb. D. Dudayevin saxta pasportlar hazırlayan və alanlar arasında vasitəçi rolunu yerinə yetirdiyi güman olunur. Elə həmin gün Kaunasda 4 nəfər saxlanılıb. Onlardan birinin evində aparılan axtarış zamanı saxta sənədlər hazırlanan sex, müxtəlif ölkə vətəndaşlarının saxta sənədləri və saxta bank kartları aşkarlanıb. İki sutkalıq həbsdən sonra D. Dudayev və saxlanılan digər şəxslər başqa yerə getməmək haqda iltizam alınaraq sərbəst buraxılıb.

Qeyd edək ki, 1996-cı ildə öldürülən C. Dudayevin ailəsi Litvada yaşayır. Onun böyük oğlu Avlur Litva, kiçik oğlu isə Gürcüstan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR