Bank Of Baku

Fransada ETA lideri həbs edilib

Fransada ETA lideri həbs edilib
# 11 mart 2011 03:41 (UTC +04:00)
Bakı-APA. Fransanın şimal-qərbində baskların separatçı təşkilatı olan ETA-nın hərbi qanadının lideri həbs edilib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, həbs olunan şəxs Alehadro Arrioladır. Onunla yanaşı separatçı olduğu ehtimal olunan daha üç nəfər həbs edilib. Bu həbslər Belçika sərhədi yaxınlığında, Arras şəhərinin ətrafında baş verib.

ETA İspaniya və Fransanın basklar yaşayan rayonlarının müstəqilliyi uğrunda mübarizə aparır. 1960-cı ildən ETA tərəfindən təşkil olunan terror aktları nəticəsində 800 nəfər həlak olub. Keçən il separatçılar hərbi əməliyyatlara moratoriy elan etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR