Bank Of Baku

Vatslav Havel xəstəxanaya yerləşdirilib

Vatslav Havel xəstəxanaya yerləşdirilib
# 12 mart 2011 04:50 (UTC +04:00)
Bakı-APA. Çexiyanın keçmiş prezidenti Vatslav Havel Praqa mərkəzi hərbi hospitalına yerləşdirilib. Hospitalın mətbuat katibi Yitka Zinkenin sözlərinə görə Havel xəstəxanada bir neçə gün qalmalı olacaq.

Həkimlər Havelə yuxarı tənəffüs yollarının iltihabı diaqnozunu qoyublar. Zinkenin bildirdiyinə görə, xəstənin vəziyyəti sabitdir.

Vatslav Havel 1993-2003-cü illərdə Çexiya prezidenti olub. Bu ilin payızında onun 75 yaşı tamam olmalıdır. 1996-cı ildə Havelin ağciyərindən bədxassəli şiş kəsilərək götürülüb. Ondan sonra eks-prezidentin ağciyəri və yuxarı tənəffüs yollarında problemlər başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR