Bank Of Baku

Avropa Şurasının baş katibi Türkiyənin baş naziri ilə həbsdəki jurnalistlərin məsələsini müzakirə edib

Avropa Şurasının baş katibi Türkiyənin baş naziri ilə həbsdəki jurnalistlərin məsələsini müzakirə edib
# 12 mart 2011 16:02 (UTC +04:00)
Bakı – APA. Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə “France Presse” agentliyinə AŞ baş katibin özü məlumat verib. O deyib ki, Türkiyədə jurnalistlərin həbsi ilə bağlı R. T. Ərdoğanla telefon əlaqəsi saxlayıb və ondan jurnalistlərinin işinin tez bir zamanda araşdırılıb sona çatdırılmasını istəyib: “Ərdoğandan bu ittiham aktının mümkün olan ən qısa zamanda və tam şəffaflıqla araşdırılmasını istədim. Baş nazirə söylədim ki, Avropada hakim olan qənaət bu media nümayəndələrinin hökumətə qarşı tənqidlərlə əlaqədar tutulduğu yönündədir”.

T. Yaqlandın sözlərinə görə, R. T. Ərdoğan da cinayət işinin operativ araşdırılmasına tərəfdardır, lakin jurnalistlərin həbsinin onların hökuməti tənqid etməsi ilə əlaqəsinin olmadığını bildirib.

Xatırladaq ki, Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində 61 media mənsubu həbsdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR