Bank Of Baku

Almaniyada kütləvi aksiya keçirilib

Almaniyada kütləvi aksiya keçirilib
# 13 mart 2011 02:34 (UTC +04:00)
Bakı-APA. Yaponiyada nüvə reaktorundakı partlayışdan sonra Almaniyada hökumətin enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz olaraq kütləvi aksiya keçirilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, оn minlərlə insan Stuttgart şəhəri ilə nüvə obyektinin yerləşdiyi Nekatvestaym arasında 45 kilometrlik insan zənciri qurub. Aksiya iştirakçıları 17 nüvə obyektinin əlavə 12 il işlədilməsi planına kəskin reaksiyalar bildirib. Almaniyanın əsas müxalifət partiyası Sosial Demokratlar bildirir ki, Yaponiya fəlakəti Almaniyanın nüvə siyasətini dəyişməlidir. Nüvə enerjisindən istifadə edilməsini Almaniya kansleri Angela Merkel irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR