Bank Of Baku

Paris Kitab Sərgisində ermənilər Türkiyənin stendinə basqın ediblər

Paris Kitab Sərgisində ermənilər Türkiyənin stendinə basqın ediblər
# 23 mart 2011 11:22 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, insident bir qrup erməni gənc tərəfindən törədilib.

Erməniləri qəzəbləndirən Türkiyənin stendində nümayiş etdirilən “Türklərin 2000 illik tarixi” adlı kitab olub. Sərginin təşkilatçıları tərəfindən pulsuz paylanan bu kitabda “erməni soyqırımı” iddiaları ilə əlaqədar tarixi faktlar yer alıb.

Türkiyənin stendinə qışqıra-qışqıra basqın edən erməni gənclər burada nümayiş etdirilən kitabların üzərinə “İnkara yox!” etiketləri yapışdırıblar. “Nor Seround” adlı təşkilatın üzvü olduğu bildirilən gənclər “Erməni soyqırımını inkara yox!” şüarını səsləndirməklə sərgi salonunu tərk ediblər.

Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Fransa hökumətindən insidentlə bağlı yazılı açıqlama tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR