Bank Of Baku

Litvada təhsil alan azərbaycanlı tələbələr Kaunasda Novruz bayramını qeyd ediblər

Litvada təhsil alan azərbaycanlı tələbələr Kaunasda Novruz bayramını qeyd ediblər
# 23 mart 2011 18:56 (UTC +04:00)
Bakı-APA. Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində Novruz bayramını qeyd ediblər. Bu barədə APA-ya “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi Samir Musayev məlumat verib.

100 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən professor heyətinin iştirak etdiyi tədbir Novruz adətlərinə həsr olunmuş video çarxla başlayıb. Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib. Çıxışdan sonra tələbələrimiz xarici tələbələr arasında adətə uyğun olaraq oyunlar təşkil edib və qaliblərə hədiyyələr təqdim olunub. Sonra tələbə xanımlarımızın hazırladığı ləziz yeməklər (plov, dolma, doğa), şəkərbura, paxlava və qoğalın dadı qonaqlarımızı sözün əsl mənasında heyrətə gətirib. Tədbirimiz tonqal ətrafında adətlərimizin nümayişi ilə davam etdirilib. O cümlədən, tələbələrimizin milli rəqsləri qonaqların yüksək diqqətinə səbəb olub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi və “Odlar Yurdu Təşkilatı”nın dəstəyi ilə keçirdiyimiz xalqımızın adətlərini, milli dəyərlərini özündə əks etdirən Novruz Bayramı “Yallı rəqsi”nin nümayişi ilə sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR