Bank Of Baku

Novruz bayramı Kiprin Doğu Akdeniz Universitetində də qeyd olunub

Novruz bayramı Kiprin Doğu Akdeniz Universitetində də qeyd olunub
# 24 mart 2011 04:16 (UTC +04:00)
Bakı-APA. Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində Azərbaycanlı Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Bu barədə APA-ya tədbirin iştirakçısı Orxan Rüstəm məlumat verib. Tədbirə Şimali Kipr Türk Cümhuriyyətinin dövlət nümayəndələri, rektorluq və xarici tələbələr də qatılıb. İlk öncə qonaqlara Azərbaycan və Novruz bayramı haqqında məlumatlar verilib daha sonra bu mövzuda qısa video çarx təqdim olunub. Çarxdan sonra Azərbaycan rəqsləri tədbirə daha da rəng qatıb. Xüsusən də azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Türk tələbələri Handə Yanık, Səma Buldu və Gülər Atəş Azərbaycan rəqsini möhtəşəm ifa ediblər. Tədbirdə tanınmış sənət adamı Cahangir Novruzov da iştirak edib. O da çıxışı zamanı tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Novruz Tədbirində həmçinin Azərbaycandan 11 günlük İngilis dili kursuna gələn 21-ci əsr məktəbinin şagird və müəllim heyəti ilə bərabər şagirdlərin valideynləri də iştirak ediblər. Həmçinin 21-ci əsr məktəbinin şagirdləri tədbirdə rəqsləri, musiqi ifaları ilə də tədbir iştirakçılarına xoş təəssüratlar bağışladı. Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxinin yeməklərindən və şirniyyatlarından təqdim olunub.
Gecədə həmçinin Azərbaycanı bir çox xarici ölkələrdə öz gözəl səsi və musiqiləri ilə tanıdan, Azərbaycan estradasının istedadlı və yaradıcı nümayəndələrindən olan Sevda Ələkbərzadə və Cəmalə Əliyeva iştirak ediblər və ifaları ilə gecəyə daha da rəng qatıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR