Bank Of Baku

İbrahim Tatlısəsin sui-qəsddən sonra ilk fotoları yayılıb

İbrahim Tatlısəsin sui-qəsddən sonra ilk fotoları yayılıb
# 25 mart 2011 14:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, R. T. Ərdoğan 20 dəqiqəlik ziyarətdən sonra jurnalistlərə açıqlamasında İ. Tatlısəsin durumunun çox yaxşı olduğunu söyləyib: “İbrahim bəyi çox yaxşı gördüm. Söhbət etdik. Bu gün reanimasiyadan adi palataya köçürüləcək. Bu da vəziyyətinin yaxşılaşdığı mənasına gəlir”.

Baş nazir sənətçinin sağ tərəfində heç bir problem olmadığını, sol tərəfində bir az problem olduğunu, bunun fizioterapiya ilə aradan qalxacağına inandığını bildirib: “Danışığında filan hər hansı problem yoxdur. Yaddaşı da normaldır”.

R. T. Ərdoğan İ. Tatlısəsin Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizəd olmaz üçün ona müraciət etdiyini də açıqlayıb.

Ziyarətdən bir qədər sonra R. T. Ərdoğanla İ. Tatlısəsin xəstəxanada çəkilən fotoları yayılıb. Bu fotolar sui-qəsddən sonra İ. Tatlısəsin ilk fotolarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR