Bank Of Baku

Almaniyada atom energetikası əleyhinə etiraz aksiyaları keçiriləcək

Almaniyada atom energetikası əleyhinə etiraz aksiyaları keçiriləcək
# 26 mart 2011 01:51 (UTC +04:00)
Bakı-APA. Bu gün Almaniyanın Berlin, Hamburq, Münhen və Köln şəhərlərində atom energetikasının əleyhinə kütləvi etiraz aksiyaları keçiriləcək.

Aksiyaların keçirilməsinin təşəbbüskarları Təbiəti mühafizə cəmiyyətlərinin ictimai ittifaqı, Katolik və Lüteran kilsələri, həmkarlar ittifaqlarıdırlar. Nümayişlərdə müxalifət partiyalarının liderləri də iştirak etmək niyyətindədirlər. Bir çox mədəniyyət xadimləri, populyar alman rok-qrupları da aksiyaları dəstəkləyirlər.

Gözlənildiyinə görə, yalnız Berlində 50 min insan etiraz nümayişinə çıxacaq.

Son vaxtlaradək Almaniyada 17 AES fəaliyyət göstərib. Onlar ölkənin elektrik enerjisinə olan tələbatının 23%-ni ödəyiblər. Yaponiyanın «Fukusima-1» AES-indəki fəlakətdən sonra Almaniya hökuməti bütün atom reaktorlarını ciddi yoxlamaq barədə göstəriş verib. Eyni zamanda 1980-ci ilədək istifadəyə verilmiş 8 AES-in dayandırılması barədə qərar qəbul edilib. Kansler Angela Merkel Avropa İttifaqında AES-lər üçün vahid təhlükəsizlik standartlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR