Bank Of Baku

Avropada yeni vahid maliyyə fondu yaradılacaq

Avropada yeni vahid maliyyə fondu yaradılacaq
# 27 mart 2011 01:19 (UTC +04:00)
Bakı-APA. Avropada yeni vahid maliyyə fondu yaradılacaq.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, əldə olunmuş razılaşma irəliləyiş kimi səciyyələndirilsə də, bir çoxlarının fikrincə ona Portuqaliya iqtisadiyyatı ilə bağlı narahatlıq kölgə salır.

Lissabon indiyədək böhran əleyhinə sərt addımlar qəbul edə bilməyib. Lakin ölkə Avropaya kömək çağırışı ilə də müraciət etmir.

Yeni plan Avropada Sabitlik Mexanizmi adlanan 1 trilyon dollarlıq daimi yardım fondunun yaradılmasını nəzərdə tutur.

Həssas mövzu ilə bağlı Avropa ölkələri arasında indiyədək aparılan danışıqlarda əsas maneəni həmin fondun islahat templəri təşkil edib.

Almaniya kimi zəngin dövlətlər fondun yaradılmasında aparıcı rol oynayaraq milli hökumətlərin qarşısında sərt maliyyə intizamı məsələsini qoyur.

Brüsseldə keçən görüşdə nazirlər iyun ayınadək müvəqqəti yardım fondunun həcminin 440 milyard avroya çatdırılmasını qərara alıblar.

Bu vəsait avro məkanının sabitliyinə təhlükə yaradan iqtisadiyyatların “sağlamlaşdırılmasına” yönəlməlidir.

Sabitlik Mexanizmi Fondu 2013-cü ilədək hazırda fəaliyyətdə olan Maliyyə Sabitliyi Fondunu əvəz edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR