Bank Of Baku

Hillari Klinton: Qəddafi qüvvələrinə qarşı hücum davam edəcək

Hillari Klinton: Qəddafi qüvvələrinə qarşı hücum davam edəcək
# 29 mart 2011 23:20 (UTC +04:00)
Bakı-APA. Britaniyanın baş naziri Devid Kameron Liviyaya dair beynəlxalq konfransda deyib ki, koalisiya qüvvələrinin hərbi əməliyyatı üsyançıların əlində olan Benqazi şəhərində kütləvi qırğınların qarşısını alıb və ölkədə azadlığa şans vermiş olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Londondakı görüş zamanı baş nazir deyib ki, “Misrata şəhəri hələ də polkovnik Qəddafi qüvvələrinin qatil hücumlarından əziyyət çəkir”.
Onlarla ölkədən nümayəndə heyətləri Liviyanın gələcəyilə bağlı Londonda keçirilən konfransda iştirak edib.
Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Qərbin hərbi kampaniyası, Liviya lideri dinc əhaliyə qarşı həmlələri dayandırmayana və humanitar yardımın çatdırılmasına yol verməyənədək davam edəcək.
Klinton əlavə edib ki, polkovnik Qəddafini hakimiyyətdən getməyə məcbur etmək üçün onun üzərinə siyasi və diplomatik təzyiqlər gücləndirilməlidir.
Londonda keçirilən konfransdan əvvəl Britaniya xarici işlər naziri Uilyam Heyq deyib ki, polkovnik Qəzzafinin hakimiyyətdən getməsini və Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmasını istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR