Bank Of Baku

Erməni əsilli Türkiyə vətəndaşı Daron Əcəmoğlu Türkiyə hökumətinin təklifini qəbul etməyib

Erməni əsilli Türkiyə vətəndaşı Daron Əcəmoğlu Türkiyə hökumətinin təklifini qəbul etməyib
# 30 mart 2011 08:24 (UTC +04:00)
APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu professor D. Əcəmoğluna Parisdə yerləşən OECD-də Türkiyənin daimi nümayəndəsi vəzifəsini təklif etdiklərini açıqlayıb: “Bizim üçün Türkiyə Cümhuriyyəti vətəndaşlarının etnik və dini ayrı-seçkiliyə məruz qalması yolverilməzdir. Bacarığına, qabiliyyətinə inandığımız hər kəs Türkiyənin təmsilçisi ola bilər. Bir neçə ay əvvəl hörmətli Əcəmoğluna belə bir vəzifə təklif etdik. O, dünyanın ən tanınmış və hörmətli iqtisadçılarından biridir. Türkiyə onun uğurları ilə qürur duyur. Baş nazirimiz də Daron Əcəmoğlu ilə görüşüb. Hörmətli Əcəmoğlu belə bir təklifin onun üçün şərəf olduğunu, lakin hazırkı işləri və elmi tədqiqatları səbəbiylə bu təklifi indi qəbul edə bilməyəcəyini, gələcəkdə belə bir işdə çalışmağı düşünəcəyini söylədi”.

Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda doğulub. İngiltərənin York Universitetində təhsil alıb, London İqtisad Məktəbində (London School of Economics) doktorluq elmi dərəcəsi alıb. Hazırda ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda dərs deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR