Bank Of Baku

İosif Şaqal İsrailin Belarusdakı səfiri təyin oluna bilər

İosif Şaqal İsrailin Belarusdakı səfiri təyin oluna bilər
# 30 mart 2011 11:32 (UTC +04:00)
APA-nın «cursorinfo.co.il» saytına istinadən verdiyi məlumata görə,
əslən bakılı, İsrail parlamentində «İsrail Bizim Evimizdin» partiyasından deputat olmuş İ. Şaqal xarici işlər naziri, partiyanın Aviqdor Libermandan onu Azərbaycana səfir, yaxud keçmiş SSRİ-də yaşan yəhudi diasporları ilə iş aparan “Nativ” bürosunun başçısı təyin etməyi xahiş edib. Mənbənin məlumatına görə, bu istək yerinə yetirilməmiş qalıb. Lakin Liberman İ. Şaqalı Belarusa səfir təyin etmək niyyətindədir.

İsrailin Belarusdakı son səfiri Eduard Şapiro martın ortalarında İsrailin Sankt-Peterburqdakı baş konsulu vəzifəsinə keçirilib, Minskdəki vəzifə isə hələlik boşdur.
Mənbə, həmçinin xatırladır ki, xarici işlər nazirinin indiyədək diplomatiya sahəsində çalışmamış 11 şəxsi səfir etmək hüququ var. A. Liberman bu təyinatlardan 5-ni artıq həyata keçirib. O, Vaşinqton, Boston, San-Paulo, Moskva və Kiyevə diplomatik missiya rəhbərləri təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR