Bank Of Baku

Kosovo lideri istefa verib

Kosovo lideri istefa verib
# 30 mart 2011 19:47 (UTC +04:00)
Bakı-APA. Kosovo lideri Behcət Pakolli Konstitusiya məhkəməsinin onun bölgənin rəhbəri seçilməsini qeyri-qanuni hesab edən qərarından sonra vəzifəsindən istefa verib. Bu barədə onun köməkçisi İbrahim Haşi məlumat verib.

«Kosovo Respublikasının prezidenti Behcət Pakolli Konstitusiya məhkəməsinin qərarına hörmətlə yanaşır. Pakolli Konstitusiyanı pozmadığına görə yeni prezident seçkilərində koalisiyanın namizədi olacaq», deyə Haşi bildirib.

Bu gün Kosovo Konstitusiya məhkəməsi bölgənin rəhbəri Behcət Pakollinin istefa verməsinin zəruriliyi barədə qərar çıxarıb.

İki gün əvvəl Konstitusiya məhkəməsi Pakollinin seçilməsini qeyri-qanuni hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR