Bank Of Baku

Britaniya Liviyanın Xarici İşlər nazirinə immunitet vəd etmir

Britaniya Liviyanın Xarici İşlər nazirinə immunitet vəd etmir
# 31 mart 2011 21:57 (UTC +04:00)
Bakı-APA. Britaniya kəşfiyyatı Londona gələn Musa Kusanı dindirir. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Liviyanın baş diplomatı Qəddafi hökumətinə işləməkdən imtina etdiyini bildirib.

Liviyanın Britaniyadakı rəsmi nümayəndəsi Kusanın xain olmadığını deyərək, onun Londonda diplomatik missiya ilə səfərdə olduğunu vurğulayar.

Xarici işlər nazirliyinə gəlməkdən əvvəl Kusa Liviya kəşfiyyatının başçısı və Tripolinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb.

1980-ci ildə o Londondakı liviyalı dissidentlərini təhdid etməyinə görə Britaniyadan xaric edilmişdir.

Britaniyada ümid edirlər ki, Kusanın məlumatları Qəddafi rejiminin devrilməsini yaxınlaşdıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR