Bank Of Baku

Qəddafinin oğulları Britaniya hökuməti ilə gizli danışıqlar aparır

Qəddafinin oğulları Britaniya hökuməti ilə gizli danışıqlar aparır
# 01 aprel 2011 07:44 (UTC +04:00)
Bakı – APA. Qəddafi rejiminin təmsilçiləri Britaniya hökuməti ilə gizli danışıqlar aparıb. APA-nın xəbərinə görə, “The Guardian” qəzeti yazıb ki, bu məqsədlə Liviya liderinin oğlu Seyfülislamın yaxın adamlarından olan Məhəmməd İsmayıl Londona göndərilib. Qəzet bildirir ki, danışıqları aparanlar Qəddafinin oğullarıdır və onlar ölkədə radikal dəyişikliyə yol verməmək üçün öz atalarını da oyundankənar vəziyyətə salmaq istəyirlər.

Bu informasiya Liviya xarici işlər naziri Musa Kusanın Londona qaçmasından sonra mətbuata sızıb. Hazırda M. Kusa Britaniya kəşfiyyatı tərəfindən dindirilir. Liviyanın Afrika işləri üzrə naziri Əli əl-Treki və Liviyanın Britaniyadakı səfiri Tarek Xalidin də Qəddafidən üz döndərdikləri xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR