Bank Of Baku

ATƏT missiyası: Qazaxıstanın demokratiya sahəsində təkmilləşməyə ehtiyacı var

ATƏT missiyası: Qazaxıstanın demokratiya sahəsində təkmilləşməyə ehtiyacı var
# 04 aprel 2011 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Qazaxıstanda demokratik seçkilər üçün vacib olan islahatları həyata keçirmək lazımdır”. APA-nın xəbərinə görə, bu sözlər Qazaxıstanda aprelin 3-də keçirilən növbədənkənar prezident seçkilərini izləyən ATƏT missiyasının bəyanatında əksini tapıb. Bəyanatda deyilir ki, seçki texniki baxımdan yaxşı təşkil olunsa da, müxalifətçi namizədlər prosesdə iştirak etməyib və rəqabətsiz şərait nəticəsində fəal siyasi müzakirələr olmayıb: “Seçki günü sakit keçib, lakin beynəlxalq müşahidəçilər bir sıra ciddi pozuntular, o cümlədən qutulara bülleten atılmasını müşahidə ediblər”.

ATƏT Parlament Assambleyasının qısamüddətli missiyasının rəhbəri Tonino Pitsula bildirib ki, Qazaxıstan müstəqillik qazandıqdan bəri çox şey əldə edib: “Lakin bu seçki göstərdi ki, ölkə demokratik öhdəliklərinə uyğun gəlmək üçün xüsusən sərbəst toplaşmaq və KİV azadlığı sahəsində təkmilləşməyə ehtiyac duyur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR