Almaniyanın qərbində Oberhauzen şəhərində hələlik kimliyi müəyyən edilməyən kişi soyuq silahdan istifadə edərək bir neçə nəfəri yaralayıb.
APA-nın xəbərinə görə, bu barədə yerli “WAZ” nəşri məlumat yayıb.
Cinayətkarın istifadə etdiyi silah və xəsarət alanların səhhətilə bağlı açıqlama verilməyib.
Yerli polisdən bildirilib ki, faktla bağlı araşdırma davam edir.