Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir

Tbilisidə müxalifətin etiraz aksiyası keçirilir
# 14 noyabr 2020 15:17 (UTC +04:00)

Gürcüstanda müxalif partiyalar paytaxt Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, etirazçılar şəhərin müxtəlif istiqamətlərindən parlament binasına doğru yürüş ediblər. Etirazçılar Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvanianın istefasını, həmçinin təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Mitinqin keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərinin birinci raundunda hakim “Gürcü Arzusu partiyası qalib gəlib və hökuməti formalaşdırmaq üçün minimum 76 parlament yerindən 75-ni qazanıb. Müxalif partiyalar seçkilərin nəticələrini tanımadıqlarını, parlament yerlərindən, eləcə də seçkilərin ikinci raundunda iştirak etməkdən imtina etdiklərini açıqlayıblar. Bu həftə müxalif partiyalarla hakim partiya arasında xarici diplomatların vasitəçiliyi ilə danışıqlara başlanılıb.

Parlament seçkilərinin ikinci raundu noyabrın 21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR