Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Polşaya səfər edib

ABŞ-ın vitse-prezidenti Polşaya səfər edib
# 09 mart 2022 17:52 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşaya səfər edib.

APA CNN-ə istinadən xəbər verir ki, vitse-prezidentin təyyarəsi yerli vaxtla saat 08:00-da Vaşinqtondan Varşavaya yola düşüb.

Səfərin Qərbin Ukraynanı qırıcı təyyarələrlə təmin etməsi planlarının qeyri-müəyyənliyi fonunda baş tutduğu qeyd olunub.

Harris səfərindən öncə jurnalistlərə açıqlama verməyib.

Vitse-prezidentin Polşada ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyi bildirilib.

ABŞ Prezidentinin administrasiyasından adı çəkilməyən mənbə bildirib ki, K. Harris həftə ərzində keçirəcəyi görüşlərində Polşanın Sovet dövründən qalma MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi kimi mürəkkəb bir məsələni də müzakirə edəcək.

Sözügedən rəsmi qeyd edib ki, qırıcıların Ukraynaya çatdırılması ilə bağlı müxtəlif ideyalar var və bütün bu ideyalar müzakirə edilməyə dəyir.

K. Harrisin amerikalı diplomatlar, eləcə də ukraynalı qaçqınlarla da görüşəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR