Aİ COVID-19-la mübarizə fondundan 335 milyard avronu müdafiə xərclərinə yönəldəcək

Aİ COVID-19-la mübarizə fondundan 335 milyard avronu müdafiə xərclərinə yönəldəcək
# 04 iyun 2025 23:32 (UTC +04:00)

Avropa İttifaqı üzv dövlətlərə COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmış Bərpa və Dayanıqlığın Gücləndirilməsi Fondundan 335 milyard avronu müdafiə layihələrinin maliyyələşdirilməsinə yönəltməyə icazə verib.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası proqramın icrası üçün son tarix olaraq 2026-cı ilin avqust ayını müəyyən edib.

Üzv ölkələr yalnız müəyyən tələbləri və hədəfləri yerinə yetirdikdən sonra fondun vəsaitlərinə çıxış əldə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR