Bank Of Baku

Aİ Rusiya üzrə Xüsusi Tribunalın mümkün qədər tez fəaliyyətə başlamasına sadiqdir

Aİ Rusiya üzrə Xüsusi Tribunalın mümkün qədər tez fəaliyyətə başlamasına sadiqdir
# 24 fevral 2026 15:19 (UTC +04:00)

Avropa İttifaqı Şurası çərçivəsində Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətləri ilə bağlı Xüsusi Tribunal və Ukraynanın tələbləri ilə bağlı Beynəlxalq Komissiyanın mümkün qədər tez bir zamanda fəaliyyətə başlamasına sadiqik.

APA xəbər verir ki, bu, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın birgə bəyanatında yer alıb.

Bəyanatda Avropa İttifaqının Rusiyaya qarşı daha çox təzyiq göstərərək, ölkəni konstruktiv sülh danışıqlarına cəlb etmək üçün əlindən gələni edəcəyi vurğulanıb.

Aİ liderləri Ukraynanın gələcəyinin təhlükəsiz və firavan bir şəkildə yalnız Avropa İttifaqı daxilində təmin oluna biləcəyini bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR