Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketində müəyyən şəxslərin dondurulmuş hesablarının aktivləşdirilməsinə imkan verəcək yeni istisnanın tətbiqi edilməsi qərara alınıb.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın Ukraynada vəziyyətin sabitliyini pozan hərəkətləri ilə bağlı qəbul edilən tədbirlərin heç biri üçüncü ölkələrlə Rusiya arasında kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda və gübrə ticarətini hədəf almır”, - bildirilib.
Qeyd edilib ki, Aİ-nin sanksiyaları dünyada ərzaq təhlükəsizliyinə təhdid yaratmaqdan uzaqdır. Əlavə olunub ki, qlobal ərzaq böhranı ilə mübarizə məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq ticarətində mühüm rolu olan bəzi şəxslərin hesablarının aktivləşdirilməsi, onların vəsaitlərinin və iqtisadi resurslarının istifadəsinə imkan verilməsini nəzərdə tutan yeni istisnanın tətbiqi qərara alınıb.