Bank Of Baku

Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib

Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
# 30 iyun 2025 14:21 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) bu gün rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib.

Qeyd edilib ki, Aİ rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların 6 ay uzadılmasına razılıq verib.

"Biz Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə davam edəcəyik. Hər bir sanksiyalar Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir", - Kallas vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR