Bank Of Baku

Aİ Tunisə 1 milyard avro maliyyə yardımı vəd edib

Aİ Tunisə 1 milyard avro maliyyə yardımı vəd edib
# 11 iyun 2023 18:01 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) liderləri Tunisə makroiqtisadi yardım proqramı çərçivəsində 900 milyon avro, o cümlədən ölkədə yaşıl enerjinin inkişafı və Tunislə Aİ arasında İtaliyadan keçməklə elektrik və fiber optik kabellərin çəkilişi üçün 150 milyon avro vəd edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İtaliya Baş naziri Corca Meloni və Niderland Baş naziri Mark Ryutte ilə Tunisə səfər edib.

Ursula fon der Lyayen bu gün Tunisdə keçirilən brifinqdə deyib ki, Tunisə demokratiya quruculuğu və Aİ-yə yönəlmək yolunda dəstəkləmək üçün hərtərəfli əməkdaşlıq paketi təklif edilib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Avropadan yüksək sürətli internet təminatı üçün fiber optik kabel, Tunisdən Avropaya isə Aralıq dənizinin dibindən keçməklə yaşıl mənbələrdən alınan təmiz elektrik enerjisinin nəqli üçün elektrik kabelinin çəkilişi növbəti addımlardır. Bu, ELMED layihəsi adlanır. Avropa Komissiyası bu ilin payızında bu layihənin reallaşması üçün vəsait cəlb etmək məqsədilə biznes-forum keçirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR