Bank Of Baku

AK Gürcüstan, Ukrayna və Moldovanın islahat nailiyyətləri ilə bağlı hesabat təqdim edəcək

AK Gürcüstan, Ukrayna və Moldovanın islahat nailiyyətləri ilə bağlı hesabat təqdim edəcək
# 20 iyun 2023 17:47 (UTC +04:00)

Avropa Komissiyası iyunun 22-də Gürcüstan, Ukrayna və Moldovanın islahatlar sahəsində əldə etdiyi tərəqqi ilə bağlı hesabatını təqdim edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Şurasının press relizində bildirilib. Qeyd olunub ki, hesabat iyunun 22-də Avropa İttifaqının (Aİ) Ümumi Məsələlər Şurasına təqdim ediləcək.

Avropa Komissiyasının Gürcüstanın namizəd statusu əldə etməsi üçün verilmiş 12 prioritetlə bağlı rəsmi hesabatını isə oktyabrda təhvil verəcəyi bildirilir. Aİ üzv ölkələri bu ilin dekabrında Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR