Türkiyə Qafqazda olduğu kimi də, Qara Dənizdə də sülh və sabitliyin tərəfdarıdır.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konferansı zamanı bildirib.
O ölkəsinin Taxıl dəhlizinin açılması ilə vida böhranının qarşısını almada əhəmiyyətli rol oynadığını qeyd edib. Akarın sözlərinə görə, Türkiyə bundan sonra da sülhün bərqərar olması üçün əlindən gələni edəcəyini vurğulayıb.
Nazir, Yunanıstanın Türkiyənin sülh və dialoqa dair çağırışlarına cavab vermədiyini də diqqətə çatdırıb.
Türkiyəli nazir, həmçinin, əlavə edib ki, Ankara terrorla mübarizəsini davam etdirməkdədir.