Bank Of Baku

Albaniyada İranın müxalif Xalq Mücahidləri Təşkilatının düşərgəsinə basqın edilib, ölən var

Albaniyada İranın müxalif Xalq Mücahidləri Təşkilatının düşərgəsinə basqın edilib, ölən var
# 20 iyun 2023 19:30 (UTC +04:00)

Albaniya polisi paytaxt Tirana yaxınlığında yerləşən İranın müxalif Xalq Mücahidləri Təşkilatının düşərgəsinə basqın edib.

APA Albaniya mətbuatına istinadən xəbər verir ki, Manaz şəhərindəki “Aşraf 3” düşərgəsinə edilmiş polis hücumu nəticəsində bir nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilir.

Xalq Mücahidləri Təşkilatının mətbuat katibi həlak olan şəxsin “Aşraf 3” düşərgəsinin sakini olduğunu təsdiqləyib.

Məlumata görə, qarşıdurma düşərgə üzvlərinin polisə yoxlama aparması üçün müqavimət göstərməsindən sonra başlayıb. Qeyd olunub ki, Albaniya Xüsusi Məhkəməsinin orderi ilə polis düşərgənin ətrafını mühasirəyə alıb. Polisin Tirana Məhkəməsinin qərarına əsasən, terrorla mübarizə məqsədilə yoxlanış apardığı bildirilib.

İran Milli Müqavimət Şurasının yaydığı bəyanatda düşərgəyə 1000-dən çox Albaniya polisinin basqın etdiyi, toqquşma zamanı 100 nəfərin gösyaşardıcı qaz səbəbilə yaralandığı, onlardan bəzilərinin vəziyyətinin isə kritik olduğunu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR