Bank Of Baku

Almaniya kansleri: "Patriot" sistemləri yaxın həftələrdə Ukraynaya təhvil veriləcək

Almaniyanın kansleri Fridrix Merts

© APA | Almaniyanın kansleri Fridrix Merts

# 18 iyul 2025 04:52 (UTC +04:00)

Ukrayna yaxın həftələrdə “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil alacaq. Hazırda Almaniya və ABŞ Müdafiə nazirlikləri bu məsələnin koordinasiyası üzərində çalışır.

APA xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Merts “n-tv” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa tərəfindən Ukraynaya verilən sistemlərin əvəzinin ABŞ tərəfindən təmin olunması məsələsində aydınlıq lazımdır.

“Son günlərdə Avropadan Ukraynaya yeni "Patriot" sistemlərinin göndərilməsi və onların ABŞ tərəfindən əvəzlənməsi ilə bağlı razılıq əldə olunub. Çünki biz öz müdafiə qabiliyyətimizi də saxlamaq məcburiyyətindəyik”, – deyə Merts vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR