Almaniya hökuməti NATO müttəfiqləri ilə birgə Baltikyanı ölkələrdə hərbi təlimlər keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius yerli “N-Tv” televiziya kanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, tarix hələ müəyyən edilməyib.
Pistorius onu da qeyd edib ki, dünən Baltikyanı ölkələr, Böyük Britaniya və Kanadadan olan həmkarları ilə ("3+3" formatında) danışıqlar aparıb:
“Biz Baltikyanı regionda təhlükəsizlik məsələlərini müzakirə etdik və təlimlər keçirmək barədə razılıq əldə etdik”, - nazir bildirib.
“Təlimlərin gələn il və ya 2025-ci ilin əvvəlində baş tutacağı ilə bağlı məsələ yaxın zamanda məlum olacaq. Əsas diqqət qoşunların sürətlə yerləşdirilməsinə və birgə fəaliyyətin əlaqələndirilməsinə yönəldilməlidir”, - deyə nazir əlavə edib.