Bank Of Baku

Almaniya NATO-nun çevik reaksiya qüvvələrinə rəhbərlik edəcək

NATO qüvvələri

© APA | NATO qüvvələri

# 28 dekabr 2022 14:04 (UTC +04:00)

Almaniya gələn il yanvarın 1-dən etibarən NATO alyansının çevik reaksiya qüvvələrinə daxil olan 11,5 min nəfərlik NATO-nun Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupuna rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

NATO-nun sözçüsü Oana Lungesku qeyd edib ki, alyansın bu addımı öz ərazisinin hər qarışını müdafiə etmək niyyətini ifadə edir.

Almaniya 1 yanvar 2023-cü ildə komandanlığı öz üzərinə götürərək minlərlə hərbçisini bir neçə gün ərzində yerləşdirmək üçün hazır vəziyyətə gətirəcək.

Qeyd edək ki, NATO-nun Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu bir il müddətinə bu məqsədlə xüsusi olaraq ayrılmış alyans dövlətlərinin bölmələrindən ibarətdir. 2023-cü ildə bu qüvvələrin əsasını Almaniyanın 37-ci tank-qumbaraatan briqadası təşkil edəcək. Almaniyadan başqa, alyansın səkkiz dövləti də (Belçika, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç, Sloveniya və Çexiya) öz ordusundan bu qrup üçün hərbçilər ayırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR