Bank Of Baku

Almaniya Prezidenti Qazaxıstana səfər edəcək

Frank-Valter Ştaynmayer? Almaniya Prezidenti

© APA | Frank-Valter Ştaynmayer? Almaniya Prezidenti

# 18 iyun 2023 19:37 (UTC +04:00)

Sabah Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfər edəcək.

APA-nın “Sputnik-Kazaxıstan”-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Frank-Valter Ştaynmayer 19-21 iyun tarixlərində Qazaxıstanda səfərdə olacaq.

Almaniya və Qazaxıstan prezidentlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri, ticari-iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması, nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın inkişafı, o cümlədən humanitar əlaqələrin dərinləşdirilməsi müzakirə mövzusu olacaq.

Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Almaniya Prezidenti Qazaxıstan və Almaniya universitetlərinin rektorlarının forumunda çıxış edəcək, Qazaxıstan-Almaniya Biznes Forumuna qatılacaq.

Almaniya Prezidenti Manqistau vilayətinə səfər etməyi və regionun iqtisadi potensialı ilə tanış olmağı da planlaşdırır.

Qazaxıstan-Almaniya Mühəndislik İnstitutunun açılışında, eləcə də "Svevind” İsveç-Almaniya birgə şirkətinin yaşıl hidrogen istehsalı zavodunda sınaq qazma işlərinin başlanması mərasimində iştirak da Almaniya Prezidentinin səfər proqramına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR