Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni yardım paketi göndərib.
APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumatda deyilir ki, yeni yardım paketinə 1000 ədəd 155 mm-lik artilleriya mərmisi, 155 mm-lik idarə olunan mərmilər (sayı göstərilməyib), tankların qoşulması üçün nəzərdə tutulan 2 ədəd “MAN HX81” traktoru, sərhəddə patrul xidməti aparmaq üçün 6 maşın daxildir.
Həmçinin əlavə olunub ki, Berlin Kiyevə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi üçün raketlər göndərmək niyyətindədir.