Almaniyada qadının dəmiryol vağzalında bıçaqlı hücumu nəticəsində yaralananların sayı 17-yə çatıb - VİDEO - YENİLƏNİB-1

Almaniyada qadının dəmiryol vağzalında bıçaqlı hücumu nəticəsində yaralananların sayı 17-yə çatıb  - VİDEO  - YENİLƏNİB-1
# 24 may 2025 00:19 (UTC +04:00)

Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında qadının sakinlərə bıçaqlı hücumu nəticəsində yaralananların sayı 17 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.


***
22:04

Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "NDR" kanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti ağırdır, daha doqquz nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.



***
21:02

Almaniyanın Hamburq şəhərində yerləşən baş dəmiryol vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Hadisənin təfərrüatları və hücumun motivləri ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR