Bank Of Baku

Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır

Yohann Vadeful

© APA | Yohann Vadeful

# 29 iyun 2025 17:51 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın ölkəsi üçün yaratdığı təhlükədən danışıb.

APA xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

“Rusiya birbaşa olaraq Almaniyada dinc həyatımıza və azadlığımıza təhdid yaradır,” – deyə Vadeful vurğulayıb.

Onun sözlərinə görə, Haaqada keçirilən NATO sammitində müzakirə olunan müdafiə xərclərinin artırılması ilə bağlı qərar “doğru və zəruri” addımdır.

“Rusiya prezidenti Vladimir Putin nizamsız bombardmanlarla ukraynalıların mənəviyyatını sarsıtmağa çalışır. Ukraynanın azadlığı Avropa kimi bizim dözümlülüyümüz üçün ən mühüm sınaqdır,” – deyə nazir əlavə edib.

“Spiegel” qeyd edir ki, Vadeful dəfələrlə Rusiyanın yaratdığı təhlükə barədə xəbərdarlıq edib. Xüsusilə, jurnalistlərə verdiyi müsahibədə o deyib:

“Qərb Moskvaya qarşı nə qədər ardıcıl mövqe tutarsa, Vladimir Putinin danışıqlara razılaşmaq ehtimalı bir o qədər çox olar”.

Onun fikrincə, Avropanın azadlığı üçün Ukraynaya silah dəstəyi davam etdirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR