Bank Of Baku

Avropa İttifaqı ABŞ-la rəqəmsal sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir

Avropa İttifaqı ABŞ-la rəqəmsal sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir
# 05 iyun 2025 08:53 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) rəqəmsal sahədə ABŞ-la əməkdaşlığını genişləndirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Komissiyasının Beynəlxalq Rəqəmsal Strategiyasına dair layihəsinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, bu qərar Aİ-nin bulud xidmətləri, süni intellekt və mikroçiplər kimi kritik texnologiya sahəsində ABŞ-ın üstün mövqeyini qəbul etməklə bağlıdır.

Qeyd olunur ki, Avropa bazarda dominant mövqedə olan ABŞ texnologiya şirkətlərindən tam asılılığı aradan qaldıra bilməyəcək.

Məlumata görə, ABŞ şirkətləri Avropa bulud xidmətləri bazarının 2/3-dən çoxuna nəzarət edir.

Həmçinin, ABŞ Avropa İttifaqını süni intellekt sahəsində də xeyli qabaqlayır. Mikroprosessorlara gəldikdə isə, Avropanın dünya bazarındakı payı təxminən 10%-ə qədər azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR