Bank Of Baku

Avropa İttifaqına qanunsuz miqrant axını azalıb

Avropa İttifaqına qanunsuz miqrant axını azalıb
# 11 iyul 2025 03:31 (UTC +04:00)

Bu ilin ilk altı ayında Avropa İttifaqına (Aİ) qanunsuz miqrasiyanın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Ən kəskin azalmalar Qərbi Balkan marşrutunda (-53 faiz), şərq sərhədlərində (-50 faiz) və Qərbi Afrika marşrutunda (-41 faiz) müşahidə olunub.

APA xəbər verir ki, Avropa İttifaqının (Aİ) Sərhəd Mühafizəsi Agentliyinin (Frontex) məlumatında əsasən, Aİ məkanına qeyri-qanuni daxil olmaq cəhdləri ən çox Mərkəzi Aralıq dənizi marşrutu üzərindən edilib. Bütün qeyri-qanuni sərhəd keçidlərinin 39 faizi bu marşrutun payına düşür.

2025-ci ilin ilk altı ayında bu marşrut üzrə keçidlərin sayı 2024-cü ilin ilk yarısı ilə müqayisədə 12 faiz artıb. Sərhədlərdən qanunsuz yollarla keçənlər arasında ilk sırada Banqladeş, Misir və Əfqanıstan vətəndaşları yer alıblar.

Böyük Britaniyaya qeyri-qanuni keçidlərin sayı isə nəzərəçarpacaq dərəcədə - 23 faiz artaraq 33 mini ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR