Bank Of Baku

Ermənistan-Azərbaycan "Sülh körpüsü" dialoqunun növbəti görüşü yaxın vaxtlarda keçiriləcək

Ermənistan-Azərbaycan "Sülh körpüsü" dialoqunun növbəti görüşü yaxın vaxtlarda keçiriləcək
# 16 noyabr 2026 17:37 (UTC +04:00)

“Sülh körpüsü” təşəbbüsünün növbəti görüşünün yaxın vaxtlarda Ermənistanda keçirilməsi planlaşdırılır.

Bu barədə "Mediamax" təşəbbüsün nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hazırda qarşıdakı görüşə hazırlıq işləri aparılır və dialoqun davam etdirilməsi, eləcə də sülh prosesinə töhfə verilməsi məqsədilə azərbaycanlı həmkarların Ermənistanda iştirakı gözlənilir.

Görüşün tarixi, gündəliyi və digər təşkilati məsələlərlə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəyi bildirilib.

Təşəbbüs nümayəndələri “Sülh körpüsü” fəaliyyətinin davam etdiyini təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR