Bank Of Baku

Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək

Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək
# 05 oktyabr 2026 19:16 (UTC +04:00)

Oktyabrın 7-də Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələr aparılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

Məlumata əsasən, debatın mövzusu “Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” olacaq.

Müzakirələrdən sonra oktyabrın 8-də məsələ ilə bağlı qətnamə üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, son bir ildə Avropa Parlamentində Gürcüstanla bağlı bir neçə tənqidi qətnamə qəbul olunub. Gürcüstan hakimiyyəti qətnamələrin ölkə üçün heç bir dəyər kəsb etmədiyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR